BaşlıcaSiyasət

ER Baş naziri Nikol Paşinyan 2026-cı il parlament seçkilərində xalqın hakimiyyətə verdiyi hökumət mandatını uzadacağına inanır

“Mən böyük inanca malikəm ki, 2026-cı il parlament seçkilərində xalq Ermənistanı idarə etmək üçün bizə verdiyi mandatı uzadacaq. Çünki apardığımız “Sülh gündəmi” siyasətinin müəllifi xalqın özüdür” – deyə Paşinyan bildirib.

Baş nazir qeyd etdi ki, “KP” (Mülki müqavilə)partiyası 2021-ci ildə seçki prosesinə Üçüncü Respublikaya xas olan standart, hərbi-vətənpərvərlik seçki proqramı ilə qoşulub.

“KP”-“Daşnaksütun” seçki proqramını yazdıq və seçki kampaniyasına başladıq. Amma xalq bu məntiqi dəyişdi. Bizdə seçkilərdən sonra seçki proqramını dəyişdirmək institutu yoxdur.

Lakin seçki kampaniyası boyu bütün siyasi hekayə və anlayış strategiyasında dəyişiklik baş verdi, hansı ki, hökumət proqramında öz əksini tapıb” –   deyə o,  qeyd edib.

Paşinyan xatırlatdı ki, hökumət proqramında nə yazılıb: 2021-2026-cı illər fəaliyyəti üçün hökumətin xalqın qarşısında üzərinə götürdüyü ən böyük öhdəlik sülh dövrü açmaqdır.

Daha çox göstər
Back to top button