
Bu günlərdə hökumət tərəfdarı olan Azərbaycan saytlarından APA-da türkiyəli KİV-lər və hökumətyönlü bloqerlərin “anti-Azərbaycan” mövqeyinə görə tənqid olunduğu bir məqalə yayımlandı.
Məqalədə, Binyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin etiraz olaraq zalı tərk etməsi barədə məlumat təkzib edildi.
“Necə ola bilər ki, hamının gördüyü, hamıya açıq və ictimai tədbirdə belə saxta xəbərlər yaradılıb və yayılır? Çünki hər kəs Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalda olmadığını gördü.
Türkiyə KİV-lərinə saxta fotoşəkil hazırlayıb yalandan xəbərlər yaymaq nə verir?” – deyə “faktçeck” müəllifi Faiq Mahmudov narazılığını bildirdi.
Lakin qeyd etmək lazımdır ki, onun “faktçeck”i özünün də düzəlişə ehtiyacı var:Halbuki “Azərbaycan” yazılmış masada zalda bir xanım nümayəndə oturmuşdu.
Qeyd etmək maraqlıdır ki, APA həmin xəbəri “təkzib” edərkən, başqa bir foto yayımlayır və orada Azərbaycan vitse-prezidenti Mehriban Əliyeva ilə Xarici İşlər naziri Ceyhun Bayramov görünür.
Halbuki türk segmetində iddia olunmurdu ki, Azərbaycan Xarici İşlər naziri və vitse-prezident tərəfindən təmsil olunurdu – onlar məhz həmin “tək” Azərbaycan nümayəndəsinin şəklini yayıblar.







