BaşlıcaSiyasət

Mirzoyan Ermənistan və Azərbaycan arasında sülhün daha geniş region, o cümlədən AB üçün əhəmiyyətini vurğulayıb

Ermənistan və Azərbaycan arasında bəyannamənin imzalanması və sülhün bərqərar olması təkcə sabitliyi təmin etmir və ya AB-nin birbaşa qonşuluğunda mövcud olan “boz rəngli  zonanı” aradan qaldırmır, həm də yeni iqtisadi və ticarət imkanları yaradır.

Alınan məlumata görə, bu haqda  ER-nın  Xarici işlər naziri Ararat Mirzoyan “Lissabondan Yerevana geniş qonşuluq üçün Avropanın strategiyasının konturlarını cızmaq” adlı yüksək səviyyəli müzakirədə deyib. Tədbir Varşava Təhlükəsizlik Forumu çərçivəsində keçirilib.

“Düşünün ki, Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsi bərpa olunacaq, bu, təkcə dünyanın həmin hissəsi üçün deyil, həm də daha böyük region, o cümlədən AB üçün mühüm əhəmiyyət daşıyacaq.

Lakin yenə də məsələ bununla məhdudlaşmır. Cənubi Qafqazda sülhün bərqərar olması region ölkələrinə öz suverenliklərini möhkəmləndirməyə, digər böyük paytaxtlardan asılılığı azaltmağa və bizə, məsələn, xüsusi xarici siyasət yürütmək imkanı verir.

Konkret misal gətirim: Ermənistanda biz Parlamentdə elə bir qanun qəbul etdik ki, AB-nə üzvlük hökumət üçün məcburi dövlət siyasəti olur. Yəni, bizim tərəfimizdən həm siyasi iradə var, həm də qanunla təsbit olunmuş qərar. İndi isə AB tərəfdaşları öz qərarlarını verməlidirlər” – deyə Mirzoyan qeyd edib.

Daha çox göstər
Back to top button