
Albaniyanın Baş naziri Edi Rama Kopenhagendə Fransa və Azərbaycanın prezidentləri Emmanuel Makron və İlham Əliyevlə söhbətində ABŞ Prezidenti Donald Trampın etdiyi dil sürüşməsinə zarafatla toxunub.
ABŞ Prezidenti bir neçə çıxışında Vaşinqton sazişlərinə toxunarkən Ermənistan demək əvəzinə səhvən Albaniya deyib.
“Armenpress”in yaydığı videoda Rama Makrona deyir ki, o, üzr istəməlidir, çünki Trampın vasitəçiliyi ilə Albaniya və Azərbaycan arasında sülhün bərpası münasibətilə onu və Əliyevi təbrik etməyib.
Buna cavab olaraq hamı gülür, Makron isə çox təəssüf etdiyini bildirir və təbrik etmədiyi üçün üzr istəyir.







