
Avropanın Siyasi Birliyinin 8-ci Zirvə Görüşü 4 may 2026-cı ildə Ermənistanda keçiriləcək.
Alınan məlumata görə, bu barədə “Facebook” səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyan yazıb.
“Avropa Siyasi Birliyinin növbəti, 8-ci Zirvə Görüşü 4 may 2026-cı ildə Ermənistanda keçiriləcək. İştirak edən ölkələrin rəhbər həmkarını rəsmi olaraq İrəvana dəvət etdim. Onların hər birinə ev sahibliyi etmək böyük bir şərəfdir” – deyə Paşinyan qeyd edib.







