BaşlıcaSiyasət

12 günlük müharibə zamanı “digər qonşu ölkələrin” pilotsuz təyyarələri İran ərazisinə daxil olub

İranın sərhəd polisinin komandanı, general Əhməd Əli Gudərzi bildirib ki, İsraillə 12 günlük müharibə zamanı İran ərazisinə “bir sıra qonşu ölkələrdən” pilotsuz uçuş aparatları daxil olub.

Bu, etiraz vermək məqsədi ilə sənədləşdirilib.

General Gudərzi bu açıqlamanı ölkənin hüquq-mühafizə orqanlarının fəaliyyətinə həsr olunmuş tədbirdə edib.

“12 günlük müharibə zamanı – bu, bizə sionist rejimi tərəfindən qarşıya qoyulmuşdu – bəzi ölkələrdən bizim ərazimizə pilotsuz aparatlar və dronlar daxil oldu. Biz bu hadisələri qeydə aldıq və müvafiq hesabatlar təqdim etdik” – deyə o tədbirdə bildirib.

 “Bizim sərhədçilər müşahidə ediblər ki, üç minik avtomobili qonşu ölkənin ərazisində yerləşib və oradan pilotsuz aparatlar və kiçik təyyarələr buraxılıb.

Biz bu ölkənin sərhədçilərinə məlumat verəndə onların qoşunları tədbir görüb, toqquşma zamanı üç nəfəri öldürüb, digərlərini isə həbs ediblər”.

O, əlavə edib ki, yaxın həftələrdə Fars körfəzində Məhəmməd peyğəmbərə həsr olunmuş genişmiqyaslı hərbi təlimlər keçiriləcək. Bu təlimlərdə silahlı qüvvələr və yerli əhali iştirak edəcək.

Daha çox göstər
Back to top button