
Düşünürəm ki, təxminən 5-10 il sonra Ermənistan elektrik enerjisi istehsalında artıq qaz istifadə etməyəcək və günəş enerjisinə keçəcək.
Bu barədə 3 oktyabr tarixində “Ermənistanın mədən sənayesi 2025” forumunda jurnalistlərə Ermənistan Mədənçilər və Metallurqlar Birliyinin rəhbəri, Zəngəzur Mis-Molibden Kombinatının (ZMMK) baş direktorunun birinci müavini Vardan Canyan məlumat verib.
O, qeyd edib ki, şirkətin günəş enerjisi istehsalı üzrə iddialı proqramları var.
“Bunun mənası yalnız ekoloji deyil, həm də iqtisadi baxımdan var, çünki günəş enerjisi bu gün Ermənistanda ən ucuz elektrik enerjisidir” – deyə Canyan qeyd edib.
O bildirib ki, şirkət beynəlxalq birjalarda listing keçirməyi planlaşdırmır.







