
Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qərarı ilə Xarici İşlər nazirliyində Avropa idarəsindən ayrılma yolu ilə nazirliyin əsas peşəkarlıq strukturu kimi “Avropa inteqrasiyası üzrə idarə” yaradılacaq.
Ermənistanın elektron idarəetmə portalından əldə etdiyi məlumata görə, XİN-də ediləcək digər dəyişiklik isə “Siyasi proqramlaşdırma idarəsi”nin “Diplomatik əməliyyatların koordinasiyası idarəsi” ilə birləşdirilməsi ilə bağlıdır.







