BaşlıcaSiyasət

ER  Parlament sədri Alen Simonyan bildirib ki, ölkənin ikinci prezidenti Robert Koçaryanın müsahibəsinə baxmayıb və baxmaq fikri də yoxdur

ER  Parlament sədri Alen Simonyan bildirib ki, ölkənin ikinci prezidenti Robert Koçaryanın müsahibəsinə baxmayıb və baxmaq fikri də yoxdur

Onun sözlərinə görə, sadəcə bir neçə kəsilmiş video və bəzi sitatlar görüb. Simonyan deyib ki, Koçaryanın danışdıqlarında yeni heç nə yoxdur, onu izləmək və dinləmək estetik cəhətdən xoş deyil — “saxta gülüşlər, üzünün təhrifləri, cəfəng fikirlər və özünə inam nümayişi artıq heç kəsə maraqlı deyil”.

Simonyan əlavə edib ki, əgər Koçaryanın siyasi deməyə sözü varsa, “çoxdan göstərilmiş yolu” seçsin və Ermənistanın seçilmiş baş naziri Nikol Paşinyanla debat etməyə cəsarət tapsın.

O, sabiq prezidentlərə müraciətlə bildirib: “Qorxmayın, onsuz da çoxdan siyasi cəsədlərsiniz, itirəcəyiniz heç nə yoxdur.

Heç olmasa belə bir şansınız olar — görək, aranızda kim daha çox ‘siyasi cəsəddir’. Yəni, dıxov (cəsarətli)”.

Daha çox göstər
Back to top button