BaşlıcaEkonomika

Starbucks Ermənistan bazarına daxil olmaq imkanlarını araşdırır

Ermənistan Respublikasının İqtisadiyyat naziri Gevorg Papoyan 8 oktyabrda Starbucks-Alaya Group Eurasia şirkətinin vitse-prezidenti Fiğen İlğazı və əmlak üzrə direktor Xanzadə Kuğunu Starbucks-un Ermənistan bazarına girmə imkanlarını müzakirə etmək üçün qəbul etdi.

Görüşdə nazirin müavini Anuşik Avetyan və “Enterprise Armenia”nın icraçı direktoru Qohar Abacıyan da iştirak etdi.

Mətbuata istinadən Ermənistan İqtisadiyyat nazirliyindən bildirilib ki, görüşün əvvəlində qonaqlar Starbucks-un missiyasını qısa şəkildə təqdim edib və qeyd ediblər ki, bu nəhəng şəbəkə hal-hazırda 86 ölkədə fəaliyyət göstərir, 40 mindən çox kofe məntəqəsinə malikdir və regionda fəaliyyətini genişləndirməyə maraqlıdır.

Daha sonra tərəflər Ermənistanda kofe sənayesinin inkişaf imkanlarını, bu sahədəki potensialı, infrastrukturun təkmilləşdirilməsi imkanlarını, Ermənistanda kofe istehlak bazarının xüsusiyyətlərini və artım meyllərini müzakirə ediblər.

“Yüksək keyfiyyətli beynəlxalq investisiyaların cəlb edilməsi Ermənistan üçün prioritetdir və biz sizin bu səfərinizi bu istiqamətdə ümidverici addım kimi qiymətləndiririk.

Ermənistan sabit, açıq və islahatlara yönəlmiş biznes mühiti təklif edir ki, bu da gənc və yüksək təhsilli insan resurslarına, turizm sahəsində davamlı artıma və dinamik inkişaf edən rəqabətli istehlak bazarına əsaslanır”- deyə Gevorg Papoyan qeyd edib:

Görüş zamanı nazir şirkətin Ermənistan bazarında təmsil olunmasına dəstək verməyə hazır olduğunu bildirib və bu addımın ölkədə turizm axınlarının artmasına da əhəmiyyətli dərəcədə kömək edəcəyini vurğulayıb.

Daha çox göstər
Back to top button