
Ermənistan Parlamentinin deputatları Sarqis Xandanyan, Mariya Karapetyan, Lilit Minasyan və Artur Hovhannisyan ATƏT Parlament Assambleyasının İstanbulda keçiriləcək payız sessiyasında iştirak edəcəklər.
Alınan məlumata görə, ER Parlamentinin spikeri Alen Simonyan deputatların İstanbula göndərilməsi haqqında sərəncam imzalayıb.
Noyabrın 16-20-də İstanbulda ATƏT Parlament Assambleyasının payız sessiyası keçiriləcək. İstanbula yola düşəcək parlament nümayəndə heyətinin tərkibində Parlament Aparatının Xarici əlaqələr şöbəsinin Beynəlxalq təşkilatlar şöbəsinin baş mütəxəssisi Mariam Hacı-Hakobyan da olacaq.







