
Əliyev Türkiyə ilə Rusiya arasında tarazlıq oyununu davam etdirir və Rusiyayla görünən yaxınlaşmanı Ərdoğana təzyiq göstərmək üçün istifadə edir.
Bu barədə journalist ilə söhbətində rusiyalı politoloq Mixail Aleksandrov bildirib.
“Son vaxtlar Azərbaycan və Türkiyə arasındakı münasibətlər Əliyev rejiminin açıq şəkildə İsrail yönümlü siyasəti səbəbindən bir qədər soyuyub.
Nəticədə, Türkiyə Azərbaycanın mövqeyindən asılı olmayaraq Ermənistanla münasibətlərin bərpasından danışmağa başladı.
Elə o vaxt Əliyev Putinə xoş görünmək qərarına gəldi və göstərdi ki, onun manevr etmək imkanı var. Məncə, Rusiya Əliyevin hiylələrinə aldanmamalı, Əliyev rejimindən sadəcə söz yox, real addımlar tələb etməlidir.
Bakıda əsir alınmış rusların azad edilməsi, Kiyev rejiminə Azərbaycanın dəstəyinin dayandırılması və Kiyevə bütün növ yardımların verilməsinin kəsilməsi.
Təəssüf ki, Rusiyada, xüsusilə dövlət qurumlarında çoxlu azərbaycanpərəst və türkpərəst lobbiçilər var. Əgər türkpərəst lobbisi əsasən “Qazprom” və “Rosatom” kimi Türkiyədə böyük layihələri olan iri bizneslərdən ibarətdirsə, Azərbaycanın vəziyyətində bu ya korrupsiya, ya da sovet düşüncə tərzidir. Korrupsiya məsələsi müəyyən qədər aydındır.
Bu, SSRİ dövründən, həmin respublikanı o zamanlar idarə edən indiki prezidentin atası Heydər Əliyevin vaxtından Rusiya daxilinə keçmiş və o vaxtdan böyük artım göstərmişdir.
Və çoxları ağlında Prezident Əliyevi Moskva Beynəlxalq Münasibətlər Dövlət İnstitutu (MGIMO) məzunu, atası isə KQB-də işləmiş kimi qəbul edir, buna görə də onu “bizdən biri” hesab edir. Lakin vəziyyət belə deyil.
Əliyevlər ailəsi həmişə Rusiyaya qarşı olmuş və SSRİ-də belə ayrılmaçı mövqeləri müdafiə etmişdir. Lakin əksər insanlar bunu bilməyir və səhvən Əliyevin keçmişinin onun loyal olduğunu güman edir.
Bu iki qrup Azərbaycanla münasibətlərin inkişafı üçün fəal lobbiçilik aparır, o cümlədən Qafqazda rus maraqlarından imtina edir və rus ictimaiyyətinin, xüsusən də Azərbaycandan gələn miqrantlarla bağlı tələblərini nəzərə almır.
Onların səyləri münasibətlərin müəyyən nümayişkaranə tənzimlənməsinə səbəb ola bilər, amma ölkələr arasında mövcud əsas ziddiyyətləri həll etməyəcək.
Çünki hazırkı Azərbaycanın anti-Rusiya siyasətini dəyişmək mümkün deyil, o da Türkiyə ilə birlikdə türk dünyasının işğalçı doktrinasını təşviq edir” — deyə politoloq bildirib.







