İctimaiyyət

Rusiyalıların Yeni il üçün seçdiyi istiqamətləri

Rusiyalıların ötən ilin məşhur Yeni il ərəfəsi istiqamətlərinə (Yerevan, Bakı, Paris, Barselona və Antalya) marağı azalıb.

“Kommersant” xəbər verir ki, OneTwoTrip-in məlumatına görə, bu şəhərlərdə Yeni il bayramları üçün biletlərin sayı 60-70% azalıb.

Ruslar Yeni il tətillərini Aralıq dənizi və Hind okeanlarının çimərliklərində keçirmək istəyirlər. 

Dekabrın 31-dən yanvarın 11-dək bu istiqamətlərə bir il əvvəlkindən on dəfə çox bilet alınıb. Ən populyar istiqamətlər siyahısına Misir, Türkiyə və Tailand başçılıq edir. Bununla belə, turlara tələbatda ən çox artım Çin, Mavrikiy və Maldiv adalarında müşahidə olunub.

Daha çox göstər
Back to top button