BaşlıcaSiyasət

Ermənistan və İranın ekspert icmaları arasında əməkdaşlığın aktivləşdirilməsi perspektivləri müzakirə edilib

Oktyabrın 13-də Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin baş katibi David Karapetyan Tehranda “İranşünaslıq” Fondunun rəhbəri Əli Əkbər Saleh ilə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmsöhbətlər son regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. David Karapetyan avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaları təqdim edərək regionda sülh və sabitliyin bərqərar olmasının vacibliyini vurğulayıb.

Əli Əkbər Saleh Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını və Cənubi Qafqazda sabitliyin bərqərar edilməsinə yönəlmiş səyləri alqışlayıb. Bu kontekstdə regional kommunikasiyaların blokdan çıxarılmasının vacibliyi və bunun nəticəsində təmin ediləcək imkanlar vurğulanıb.

İki ölkənin ekspert icmaları arasında əməkdaşlığın aktivləşdirilməsi perspektivləri, o cümlədən iqtisadi, elm və təhsil sahələrində əməkdaşlıqla bağlı təşəbbüslərin həyata keçirilməsinə yönəlmiş səylər müzakirə edilib.

Daha çox göstər
Back to top button