Başlıcaİctimaiyyət
Nubar Afeyan Bakıda qeyri-qanuni saxlanılan erməni əsilərin azad edilməsi cəhdlərinin uğurlu olacağına ümid edir

“Flagship Pioneering” şirkətinin təsisçisi və baş icraçı direktoru, “Moderna” şirkətinin həmtəsisçisi və idarə heyətinin sədri Nubar Afeyan Bakıda qanunsuz saxlanılan erməni əsirlərin azad edilməsi istiqamətində aparılan işlərlə bağlı məsələyə toxunub.
“Armenpress”in məlumatına görə, Afeyan jurnalistlərlə söhbətində bildirib ki, artıq 2 ildir ki, onlar həm Ermənistan hökumətinin, həm də digər dövlətlərin rəhbərlərinin bu məsələyə diqqət yetirməsi üçün fasiləsiz çalışırlar. Onlar çalışırlar, ümid edirəm ki, uğur qazanacağıq. Mövzunun vacib olduğunu bilirəm və bu məsələ müxtəlif ölkələr tərəfindən qaldırılır. Ümid edirəm ki, bu sülh prosesi sonda sülhə və ədalətə gətirib çıxaracaq. İnanıram ki, sülh bütün perspektivlərdən vacibdir”.







