
ABŞ Prezidenti Donald Tramp Qazada müharibənin bitməsini və İsrail girovlarının azad edilməsini elan edərək,”terror və ölüm dövrünün sonudur , inam, ümid və Allah dövrünün başlanğıcı” olduğunu bildirib”- deyə Amerika Erməni Assambleyasının bəyanatında bu qeyd olunub.
Təşkilat vurğulayıb ki, bu tarixi hadisə regionda sülhə kömək etməklə yanaşı, Trampın diqqətini Ermənistan və Azərbaycan arasında davam edən uzunmüddətli münaqişələrin həllinə də yönəldib.
“8 avqustda Ağ Evdə Ermənistan və Azərbaycan rəhbərləri ilə görüşdə və sülh sazişinin imzalanması zamanı Prezident Tramp Azərbaycan prezidenti ilə girovların azadlığı məsələsini müzakirə edəcəyini vəd etdi.
Ermənistan Baş naziri ilə söhbətində Tramp Bakının erməni girovları saxladığını qeyd etdi: “Yəni siz dediniz ki, 23 xristianın azad edilməsini istəyirsiniz, elə deyilmi? 23 nəfərdir, elədir? Çünki mən ondan bunu etməsini xahiş edəcəm. Əminəm ki, mənim üçün də edəcək”.
Amerika Erməni Assambleyasının həmsədrləri Oskar Tatosyan və Talin Yakubyan bildiriblər:
“Prezident Trampa Qazada HƏMƏS tərəfindən saxlanılan girovları uğurla azad etdiyi kimi, Bakıda saxlanılan erməni xristian girovların da dərhal azad edilməsini təmin etməyə çağırırıq.
Bakıda haqsız olaraq girovlar saxlanıldıqca əsl sülhə nail olmaq mümkün deyil. Bu qədər dağıntı gördükdən sonra biz münaqişənin tam dayandırılması və daimi sülh üçün dua edirik”.







