BaşlıcaSiyasət

ER Prezidenti Vahaqn Xaçaturyan Belçika kraliçası Matildanı qəbul edib

Ermənistan Respublikasının  Prezidenti Vahaqn Xaçaturyan Belçika kraliçası Matildanı qəbul edib. Prezidentin administrasiyasının məlumatına görə, Prezident kraliçanın Ermənistana səfərini alqışlayıb və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf məqsədlərinin müdafiəsi sahəsində onun rəhbərliyini yüksək qiymətləndirib:

“Sizi qəbul etmək bizim üçün böyük şərəfdir. Sizin səfərinizin məqsədi – BMT-nin Dayanıqlı İnkişaf məqsədlərinin müdafiəsi, şübhəsiz ki, Ermənistan üçün çox faydalı olacaq ki, biz 2030-cu il üçün götürdüyümüz öhdəlikləri tam şəkildə həyata keçirək.

Bu sahədə Sizin rəhbərliyinizi yüksək qiymətləndiririk və insanların narahat olduğu belə vacib məsələlərlə məşğul olmağınızı böyük önəm daşıyır” – deyə Prezident bildirib.

Kraliça Matilda isti qarşılanma üçün təşəkkürünü ifadə edərək, Ermənistandan təsirləndiyini və ölkəmizdə BMT-nin Dayanıqlı İnkişaf məqsədlərinin müdafiəsi çərçivəsində olmağından məmnunluğunu bildirib.

Görüş zamanı BMT-nin Dayanıqlı İnkişaf məqsədləri çərçivəsində həyata keçirilən proqramlar və onların təşviqi istiqamətində atılan addımlar müzakirə olunub.

Tərəflər təhsil sahəsinin ümdünlə insanlıq üçün humanitar problemlərin həllində və cəmiyyətlərin dayanıqlı inkişafının əsas sütunu kimi əhəmiyyətini vurğulayıblar.

Danışıqlar zamanı Ermənistan-Belçika ikitərəfli münasibətləri barədə fikir mübadiləsi aparılıb. İqtisadiyyatın yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi, innovativ həllərin təşviqi və birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyi xüsusi qeyd olunub.

 Prezident Xaçaturyan vurğulayıb ki, Ermənistan və Belçika arasında qarşılıqlı inam əsasında qurulan tərəfdaşlıq elmi, təhsil və rəqəmsal texnologiyalar sahələrində yeni keyfiyyət qazana bilər.

Tərəflər 2026-cı ildə Ermənistanda keçiriləcək Bioloji Müxtəliflik üzrə COP-17 konfransı və Avropa Siyasi İcmasının zirvə görüşü barədə fikir mübadiləsi aparıblar.

Bu kontekstdə Ermənistanın beynəlxalq ekoloji təşəbbüslərə böyük məsuliyyətlə yanaşdığı və qlobal mübarizə tədbirlərində aktiv iştirak etməyə çalışdığı qeyd olunub.

 Bioloji müxtəlifliyin qorunması və ətraf mühitin dayanıqlığının təmin olunmasında bütün insanlığın birliyinə ehtiyac vurğulanıb.

 Danışıqlar zamanı regionda sülhün bərqərar olunmasına yönəlmiş səylər də önəm daşıyıb. Tərəflər qarşılıqlı olaraq sülh və əməkdaşlığın beynəlxalq münasibətlərin əsas dəyərləri olduğunu, onların möhkəmləndirilməsinin dövlətlər və xalqların tərəqqisinin əsas şərti olduğunu xüsusi vurğulayıblar.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button