BaşlıcaTəhlil

İstanbul Erməni Patriarxı erməni-türk münasibətlərinin normallaşması  məsələsində  optimistdir

Türkiyədəki erməni icması erməni-türk münasibətlərinin yaxşılaşmasını arzulayır. İstanbulda Ermənistandan gələn jurnalistlərlə söhbətində İstanbul Erməni Patriarxı Sahak arxiyepiskopos Maşalyan bunu bildirib:

“Bizim icmamız erməni-türk münasibətlərinin normallaşması prosesini dəstəkləyir. İcma münasibətlərin daha yaxşı olmasını istəyir.

Bu, eyni zamanda bizim çiynimizdəki yükü də yüngülləşdirəcək. Son 100 ildə erməni-türk münasibətləri o qədər gərgin idi ki, burada ‘erməni’ adı təhqir kimi qəbul edilirdi.

Ermənistanda da “türk” sözü eyni mənada işlənirdi. Əgər bu münasibətlər yaxşılaşarsa, ən böyük ağırlıq çiynimizdən düşəcək. Daha dostluq dolu bir mühitdə nəfəs ala biləcəyik”.

Patriarx qeyd edib ki, Ermənistan və Türkiyə rəsmi nümayəndələrinin görüşlərinin nəticələrindən xoş xəbərlər alırlar.

Xüsusilə, iki ölkə arasında yolların çəkilməsi, Ani körpüsünün bərpası və Türkiyə aviaşirkətlərinin Ermənistan bazarına daxil olması kimi layihələr gündəmdədir.

“Bütün bunlar davam edir. Biz qısa ömürlü varlıqlarıq və hər şeyi tez görmək istəyirik, amma dövlətlərin həyatı daha uzundur və yavaş inkişaf edir.

 Ermənistan və Türkiyə arasındakı münasibətlərə baxanda optimist olmaq üçün çox səbəb var”.

Patriarx Türkiyə hakimiyyətinin erməni icmasına münasibətini belə qiymətləndirib:

“İndiki rəhbərlik kifayət qədər müsbət yanaşır. Onların dövründə biz əmlaklarımızı geri aldıq, azadlıqlarımız oldu, indi kilsələrimizi və binalarımızı bərpa edə bilirik.

 Əvvəllər hətta bir mismarı belə çaxmaq üçün icazə almaq lazım idi. İndi isə hər şey daha asandır. Prezident və nazirlər bizə baş çəkir, müxtəlif tədbirlərə dəvət edirlər, dövlət mərasimlərində bizə yer verirlir. İcmamızın səsi indi daha çox eşidilir”.

Lakin, Türkiyədəki erməni icmasının qarşılaşdığı problemlər də var. Ən böyük təhlükə demoqrafik vəziyyətdir. Patriarxın sözlərinə görə, icmada hər doğulan erməni  müqbilində üç nəfər ölür.

“Əgər bu gün biz 35-40 min nəfərik, 25 il sonra 10-15 min nəfər qalacağıq. Bizim tikililərimiz 125 min erməni üçün nəzərdə tutulub.

Bu şəhərdə 50 kilsəmiz var (33 apostol, 12 katolik, 4 protestant), amma artıq onları doldura bilmirik. Bir vaxtlar 50 məktəbimiz var idi, indi isə cəmi 17-si qalıb.”

O, həmçinin qeyd edib ki, keçmişdə ermənilərin sıx yaşadığı məhəllələrdə də vəziyyət pisləşib. Məsələn, Patriarxlığın və Surb Maryam Ana kafedral kilsəsinin yerləşdiyi Qumqapı məhəlləsində bir əsr əvvəl 40 min erməni yaşayırdısa, indi 40 nəfər belə qalmayıb.

“Bu dəyişən şəhərdə (əhalisi 20 milyona yaxınlaşır) demoqrafik məsələ ən böyük problemə çevrilib. Buna gənclərin miqrasiyası da əlavə olunur”.

Patriarx erməni dilinin qorunması ilə bağlı narahatlığını da bildirib. Türkiyədə və digər səpkin icmalarda ana dilini saxlamaq getdikcə çətinləşir.

“Çox ailələr uşaqlarını erməni məktəblərinə göndərsə də, uşaqlar məktəbdən kənarda bu dili demək olar ki, istifadə etmir. Dilin itirilməsi mədəni assimilyasiyaya gətirib çıxarır, çünki mədəniyyətin bütün elementləri dildə öz əksini tapır.

 Əgər siz ana dilinizi bilmirsinizsə, o mədəniyyətin dərinliklərinə nüfuz edə bilməzsiniz. Biz belə şəraitdə ayaxda qalmağa çalışırıq.

Məktəblərimizdə 3000 şagird var. Məktəblərimiz yaxşı iş görür və şagirdlərin bir arada qalmasına kömək edir. Onlara ədəbi, linqvistik və mədəni irsimizi ötürürük.

Biz səpkin ən varlı icmalarından biriyik. Dualarımız odur ki, kilsə ətrafında 600 ildir qoruduğumuz bu dəyərləri eyni şəkildə qoruyaq”- deyərəl  Polsun  Erməni patriarxı  Sahaq arkepiskopos Maşalyan qeyd edib.

Daha çox göstər
Back to top button