BaşlıcaSiyasət

Ermənistan ərazisində “Sülhün kəsişməsi” və TRIPP-dən başqa heç bir layihə ola bilməz: Paşinyan

Ermənistanın baş naziri rəsmi Yerevanın mövqeyini bir daha təsdiqləyir ki, Ermənistan ərazisində “Sülhün kəsişməsindən” və TRİPP-dən başqa heç bir layihə ola bilməz.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Kopenhagen görüşündən sonra hər iki tərəfin bəyanatında deyilir ki, kommunikasiyalar və Ermənistan ərazisindən keçən TRIPP layihəsi müzakirə edilib.

Yəni hər iki tərəf bununla da Ermənistan Respublikası ərazisində TRIPP layihəsinin olduğunu qeydə alıb. Kopenhagen bəyanatından sonra mən artıq bu mövzuya diqqət yetirməyə ehtiyac görmürəm. Bunun artıq aktuallığı yoxdur”, – Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, bəyanatlardan asılı olmayaraq, yazılı şəkildə təsbit edilənlər əsas götürülməlidir.

“Mən Kopenhagen müzakirələrindən, sülhün institusionallaşdırılması yolunda görülən işlərdən məmnunam”, – Nikol Paşinyan qeyd edib.

Daha çox göstər
Back to top button