
Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə səhifəsində yanvarın 1-dən etibarən hərbi xidmət müddətlərinin dəyişməsinə istinadən yazı paylaşıb.
“Əslində nəzərdə tutulmuşdu ki, bu tənzimləmə 2026-cı ilin yay hərbi çağırışından qüvvəyə minsin. Müdafiə naziri ilə, əvvəlki dövrdə parlament tərəfdaşları ilə müzakirə aparmışam və qərara almışam ki, qanun daha tez, 2026-cı ilin yanvarın 1-dən etibarən qüvvəyə minsin.
Yəni 2026-cı il yanvarın 1-dən, qış hərbi çağırışından Ermənistanda müddətli hərbi xidmət iki il əvəzinə bir il yarım olacaq” – deyə o video paylaşımında bildirib.







