
Yerevanda 21-22 oktyabr tarixlərində Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunacaq.
Alınan məlumata görə, bu barədə Təhlükəsizlik Siyasəti üzrə Araşdırmalar Mərkəzi bəyanat yayıb.
Müzakirə zamanı digər məsələlərlə yanaşı, aşağıdakı mövzulara toxunulacaq:
8 avqustda Vaşinqtonda keçirilən görüşdən sonra formalaşan sülh gündəmi,
İki cəmiyyət arasında qarşılıqlı etimadın gücləndirilməsi tədbirləri,
Cənubi Qafqazda davamlı iqtisadi əməkdaşlığın yaradılmasının mümkün yolları,
İki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri.







