BaşlıcaSiyasət

Alen Simonyan:   “Mən Ermənistan və Azərbaycanın rəhbərlərinin qarşılıqlı səfərlərini istisna etmirəm, amma bəzi məsələlər var”

“Mən bəzi beynəlxalq formatlar çərçivəsində belə bir imkanı istisna etmirəm… Azərbaycanın prezidenti Ermənistana gəlsin, qoy bizim ölkənin rəhbəri də onlara getsin, mən özüm də (Azərbaycana – red.) getməyə hazıram”.

 Bu haqda  oktyabrın 22-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

“Amma bundan əvvəl müzakirə olunmalı məsələlər var. Bu, təkcə təhlükəsizlik məsələsi deyil, həm də saxlanılan şəxslərlə bağlı məsələdir. Bizim üçün ora getmək çətindir…

Necə getmək olar ora, bilə-bilə ki, orada hələ də saxlanılan şəxslər var? Onların arasında həm əsirlər, həm də girovlar var. Mən nikbinəm, amma konkret nəticə olmayana qədər mövzu ətrafında danışmırıq” –  deyə  o, vurğulayıb.

Simonyan bildirib ki, Azərbaycanın parlament sədri ilə keçirdiyi görüşün ab-havası bir çox digər beynəlxalq tərəfdaşlarla keçirdiyi görüşlərdən daha yaxşı olub.

O, əlavə edib ki, Azərbaycanın parlament sədrinin sülhə münasibətini görüb.

“Biz hər ikimiz istəyirik ki, münaqişə birdəfəlik həll olunsun. Onlar da gələcək üçün “bütün sənədləri” özlərində saxlamaq istəyirlər.

Üstəlik, Ermənistan Konstitusiyasında problem yoxdur. Eyni zamanda, Azərbaycan istəyir ki, 10–20 ildən sonra hər hansı üçüncü qüvvə, hətta xarici qüvvə belə, keçmiş iki sovet respublikasını bir-birinə qarşı qoymağa çalışmasın. Mənim niyyətim də eynidir” – deyə Simonyan qeyd edib.

Daha çox göstər
Back to top button