BaşlıcaTəhlil

Qazaxıstan dənli əkinlərindən Azərbaycan ərazisi ilə Ermənistana idxal: Əgər yenidən bağlanrsa nə olar?

Avropa Birliyi Ermənistan və Azərbaycan rəhbərlərinin bəyanatına reaksiya verərək, sülh prosesindəki son inkişaflara qətiyyətli dəstək bildirdi.

Qazaxıstan dənli əkinləri Azərbaycan ərazisi ilə Gürcüstana, oradan isə Ermənistana çatacaq. Azərbaycan prezidentinin Qazaxıstanda etdiyi bu bəyanat həm Ermənistanda, həm Azərbaycanda, həm də Gürcüstanda, iki ölkənin Baş nazirlərinin nəqliyyat üzrə böyük konfransda iştirak etdiyi yerdə geniş müzakirə olunur.

 Azərbaycanın öz ərazisi ilə Ermənistana yük tranzitinin bütün məhdudiyyətlərini aradan qaldırması beynəlxalq qurumlar və media tərəfindən də şərh olunub.

Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə də regionlararası və beynəlxalq nəqliyyat əlaqələrinin Ermənistan ərazisi ilə inkişaf etdirilməsini, təkcə Gürcüstan və MDB-yə deyil, həm də Azərbaycan və Türkiyəyə doğru, onlarla sərhədlərin açılmasını təklif etdi.

O, 8 avqustda imzalanan Vaşinqton Bəyannaməsini xatırladaraq, xüsusilə üçüncü bəndi vurğuladı ki, burada ölkələrin suverenliyi, ərazi bütövlüyü və səlahiyyətlərinə hörmət əsasında Ermənistan və Azərbaycan arasında rabitə yollarının açılmasının əhəmiyyəti vurğulanır.

“Bu Bəyannamənin bəndinin həyata keçirilməsi məsələsində Azərbaycan mühüm addım atdı. Prezident Əliyev elan etdi ki, Azərbaycan öz ərazisi ilə Ermənistana yük tranzitinin bütün məhdudiyyətlərini aradan qaldırır.

 Bu son dərəcə əhəmiyyətli bəyanatdır və mən Azərbaycan Prezidentinin bu addımını qiymətləndirirəm və bu bəyanatı alqışlayıram”- deyərək Nikol Paşinyan Tbilisidə vurğuladı:

Rəsmi Bakının aradan qaldırılmasından danışdığı tranzit yük daşımalarının marşrutları hansılar olacaq? Bu sual hətta beynəlxalq aparıcı media orqanlarını maraqlandırıb.

Almaniyanın DW kanalı öz məlumatını yayıb ki, Qazaxıstandan Aktau-Bakı istiqamətində, sonra isə Azərbaycan və Gürcüstan dəmir yolları ilə Ermənistana Qazaxıstan dənli əkinlərinin ilk partiyası daxil olacaq.

Nikol Paşinyan coğrafiyanı təqdim edərkən bu mesajı da çatdırır: “Qazaxıstandan Azərbaycan və Gürcüstan ərazisi ilə Ermənistana dənli bitkilər idxal olunur.

Bu əməliyyatla əlaqədar mən həm də Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevə və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinə təşəkkür sözlərimi çatdırmaq istəyirəm”.

Azərbaycan prezidenti İlham Əliyev 21 oktyabrda Qazazıstanda çıxışında, Dağlıq Qarabağ münaqişəsi səbəbilə əvvəllər mövcud olan, Azərbaycan ərazisi ilə Ermənistana gedən yüklərin tranzitinin bütün məhdudiyyətlərinin aradan qaldırıldığını elan etdi və sülh gündəmi haqqında danışdı.

 “İlk belə tranzit yük Ermənistana Qazaxıstan dənli bitkilərin partiyası oldu. Məncə, bu da yaxşı göstəricidir ki, Ermənistan və Azərbaycan arasında sülh artıq təkcə kağız üzərində deyil, həm də praktikada icra olunur”.

Azərbaycan, Ermənistana yük tranzitinin məhdudiyyətlərini aradan qaldırmaqla, regionda əməkdaşlıq və etimadın bərpası işinə töhfə verib. Tbilisidə keçirilən “İpək Yolu” forumunun 5-ci iclasında Azərbaycanın Baş naziri Əli Əsədov Əliyevin bu fikirlərini tamamladı.

Bu mövzu Ermənistan parlamentində də aktiv müzakirə olunub. Hakim koalisiyanın nümayəndələri bunu Ermənistan üçün açılan daha bir qapı hesab edir. Müxalifət isə narahatdır ki, bu qapı yenidən bağlına bilər.

Onlar vurğulayırlar ki, heç kim sərhədlərin açılmasına qarşı deyil. 30 ildir ki, məhz bu barədə danışılır. “Hayastan” fraksiyasının üzvü Geqam Manukyan xatırladır ki, 1990-cı illərdə Suriyadan Ermənistana buğda Türkiyə ərazisi ilə idxal olunub.

Lakin bu, 1993-cü ildə Türkiyənin Ermənistanla hava və quru sərhədlərini bağlamasının qarşısını ala bilmədi. Bundan əlavə, o, bəyanatdan aldığı təssüratı izah etdi:

“Əvvəlcə təəssürat yarandı ki, o, dəmir yolu ilə gələcək, məsələn, İcevana daxil olacaq. Yox, o gələcək, Gürcüstana çatacaq və Gürcüstan ərazisi ilə Ermənistana daxil olacaq.

Diversifikasiya, dediyiniz kimi, diversifikasiya baxımından buğda Ukraynadan, Rusiyadan, müxtəlif yerlərdən gətirilə bilərdi, amma yenə də o, Gürcüstana, sonra isə Gürcüstandan Ermənistana daxil olardı”.

“KP”(Mülki müqavilə) fraksiyasının üzvü Tiqran Xoroyan əks mövqe tutdu: “Əgər ikinci qapı açılsa, bizim Azərbaycandan asılılığımız olacaq. Bəs Laçın dəhlizi kimi bağlanarsa? Əgər o bağlansaq, indi olduğumuz vəziyyətə qayıdarıq”.

Parlament sədrinin müavini Ruben Rubinyan “Hayastan” fraksiyasının üzvü Geqam Manukyanın müşahidələrinə reaksiya verərək qeyd etdi ki, Qazaxıstandan buğda Ukraynadan gələcəyindən daha ucuz olacaq.

“Hörmətli yoldaşlar, İcevan dəmir yolu xətti dağıdılıb. Hal-hazırda mövcud olmayan bir dəmir yolu xətti ilə heç bir şeyin idxalı mümkün deyil. Meğridə də dəmir yolu xətti də dağıdılıb. Sizin hakimiyyətiniz dövründə dəmir yolu xətti sökülüb, metal qırıntısı kimi satılıb”.

Beynəlxalq mətbuat da Qazaxıstandan Azərbaycan ərazisi ilə yük daşınmasına toxunub. DW (Deutsche Welle) 8 avqustda Vaşinqtonda ilkin imzalanan sənədi xatırladır, TRİPP (Transport and Road Infrastructure Investment Program) haqqında yazır və qeyd edir ki, Ermənistan ABŞ-la infrastruktur məsələlərində 99 il müddətinə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Ermənistanın Baş naziri ilkin imzalanan sənədin 4-cü bəndini vurğulayaraq izah edir ki, Ermənistan ABŞ və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə işləyəcək.

 Hal-hazırda Ermənistan ABŞ-la işləyir və Tbilisidə Paşinyan son yenilikləri təqdim edib. Baş nazir gözləyir ki, yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədi də açılacaq.

Lakin bundan əvvəl, Ermənistan texniki cəhətdən bu gündən etibarən Azərbaycana qədər Türkiyə ərazisi ilə yük maşınlarının tranzitini təmin etməyə hazırdır.

Bu haqda  Ermənistanın Baş naziri vurğulayır:

“Ermənistan ərazisində həm yollar, həm də sərhəd infrastrukturu bunun üçün hazırdır – Meğri-Yeğeqnadzor-Sisyan-Qoris marşrutu ilə.

Siyasi cəhətdən biz Naxicevan Muxtar Respublikasından Azərbaycanın əsas hissəsinə və əks istiqamətdə Ermənistan ərazisi ilə tranziti eyni şəkildə təmin etməyə hazırıq. lakin texniki cəhətdən infrastrukturun olmaması səbəbindən hələ hazır deyilik.

Siyasi cəhətdən həm də Türkiyə və Naxicevan Muxtar Respublikası arasında, həmçinin Türkiyə və Azərbaycanın əsas hissəsi arasında dəmir yolu tranzitini təmin etməyə hazırıq.

Lakin bu hissələrdə dəmir yolu xətti təmir və ya yenidən qurulma ehtiyacındadır”.

Paşinyan əmindir ki, texniki məsələlər yaxın illərdə həll olunacaqdır.

Bu mövzu beynəlxalq rezonans da tapıb. Avropa Birliyi Azərbaycan-Ermənistan sülh prosesindəki son dəyişikliklərə qətiyyətlii şəkildə  dəstək bildirib.

Bu haqda  AB-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Madlena Qrono elan edib. O, X (əvvəlki Twitter) səhifəsində yazıb:

“Ermənistan-Azərbaycan sülh prosesindəki son müsbət addımlardan, o cümlədən Azərbaycan ərazisi ilə Ermənistana malların tranzitinin məhdudiyyətlərinin aradan qaldırılması barədə bəyanatdan çox həyəcanlıyam”.

Qrono həmçinin Gümrü-Qars dəmir yolu xəttinin bərpası və yenidən işə salınması mövzusunda Ermənistan-Türkiyə növbəti görüşünün hazırlanması barədə bəyanatı alqışlayıbdır.

Daha çox göstər
Back to top button