
Avropa Birliyi və Elmə Açıq Giriş Mərkəzi (COAS) birlikdə Syünik vilayətində iki elmi-tədqiqat institutu yaratmağa hazırlaşırlar.
Alınan məlumata görə, bu haqda Avropa Birliyinin Ermənistandakı missiyasının rəhbəri Vasilis Maragos oktyabrın 22-də Yerevanda keçirilən AB-nin “Horizon Europe” (“Üfüqi Avropa”) proqramına dair məlumatlandırma tədbiri zamanı bəyan edib.
“COAS ilə birlikdə Syünikdə iki elmi-tədqiqat institutu açmağa hazırlaşırıq. Syünik elə bir bölgədir ki, biz ona xüsusi diqqət yetiririk. Yeni müəssisələr və infrastruktur da inkişaf etdiriləcək.
Keçən həftə Sünikdə suvarma sistemləri, günəş panelləri və bir çox layihələr istifadəyə verildi.
Bütün bunlar ölkənizin möhkəmlənməsi, Ermənistanın dayanıqlılığının və rəqabət qabiliyyətinin artırılması üçün gördüyümüz ümumi səylərin bir hissəsidir.
Həmçinin, Ermənistanın Avropa İnnovasiya Şurasının layihələrində daha fəal iştirak edəcəyini gözləyirəm” – deyə Vasilis Maragos bildirib.
O, həmçinin Cənubi Qafqazda nəqliyyat və kommunikasiya yollarının açılmasının vacibliyini vurğulayaraq, bunun yeni potensialın formalaşmasına təkan verəcəyini qeyd edib.







