Siyasət

ararat Mirzoyan Ermənistan-Azərbaycan sülh haqqında

Ermənistan və Azərbaycan sülh bağlayıblar və hazırda münasibətləri tam normallaşdırmaq üçün daha çox səy göstərməyə çalışırlar. 

Bunu Ararat Mirzoyan bunu Feminist Diplomatiya üzrə 4-cü Nazirlər Konfransı çərçivəsində keçirilən panel müzakirəsində çıxışında bildirib. 

“Bəlkə də artıq Azərbaycanla sülh bağladığımız hamıya məlumdur. 

İndi iki ölkə münasibətləri tam normallaşdırmaq üçün daha çox səy göstərməyə çalışır. Beləliklə, hökumətin rəsmi müqavilələrin imzalanması və konkret həllər hazırlanması səylərinə paralel olaraq, cəmiyyətlərin barışmasına da böyük ehtiyac var”, – deyə ER xarici işlər naziri qeyd edib.

ER xarici işlər naziri həmçinin münaqişələrin qadınlara təsiri barədə danışıb. Oqeyd edib ki, bu münaqişələr zamanı qadınların çəkdiyi əzabları tam başa düşür.

Daha çox göstər
Back to top button