BaşlıcaSiyasət

Boçorişvili: “Tbilisi üçün Ermənistan və Azərbaycan arasındakı prosesi izləmək çox xoşdur”

Gürcüstan Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə son inkişafları alqışlayır. Tbilisi üçün bu prosesi izləmək çox xoşdur.

 Bu haqda  Gürcüstanın Xarici İşlər naziri Maka Boçorişvili bəyan edib.

Gürcüstan nazirinin sözlərinə görə, regional proseslərin dinamikası Cənubi Qafqaz üçün əla imkandır. O, kiçik bir region olsa da, həm Avropa və Asiya, həm də qlobal səviyyədə böyük əhəmiyyət kəsb edir.

Boçorişvili qeyd edib ki, Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq onilliklərlə davam edən əməkdaşlıq və üçtərəfli layihələr əsasında qurulub və bu, Orta Dəhlizə əlavə dəyər qatır.

Nazirin sözlərinə görə, Gürcüstan bu layihənin inkişafında əsas rol oynamağa hazırdır.

Daha çox göstər
Back to top button