
Oktyabrın 23-də Hindistanın Haydarabad şəhərində Ermənistan və Hindistan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri üzrə keçən il yaradılmış birgə işçi qrupunun formatında məsləhətləşmələr keçirilib.
Görüşə Ermənistan Respublikasının Müdafiə nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Levon Ayvazyan və Hindistan Müdafiə nazirliyinin Beynəlxalq Əməkdaşlıq məsələləri üzrə birgə katibi Vişveş Neqin rəhbərlik ediblər.
Müzakirələrdə həmçinin Hindistanda Ermənistanın Fövqəladə və səlahiyyətli səfiri Vahaqn Afyan da iştirak edib. Görüş zamanı tərəflər 2025-ci il üçün əməkdaşlıq proqramının icrası ilə bağlı məmnunluqlarını bildirib və gələn ilin planına bir sıra yeni sahələrin daxil edilməsinin zəruriliyini vurğulayıblar.
Regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər bir-birlərini ölkələrin silahlı qüvvələrində son dövrlərdə baş verən inkişaflar barədə məlumatlandırıblar. Tədbirin sonunda Ermənistan və Hindistan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün əməkdaşlıq proqramı imzalanıb.
Bu sənəd yüksək səviyyəli və ekspert səfirlikləri, hərbi təhsil, hərbi-texniki əməkdaşlıq, döyüş hazırlığı və təlimləri, təcrübə mübadiləsi və digər sahələrdə bir sıra tədbirləri əhatə edir. Növbəti görüşün Ermənistan Respublikasında keçirilməsi barədə razılıq əldə edilib.







