BaşlıcaSiyasət

Estoniya Xİ naziri:  “Estoniya Azərbaycanın Ermənistanla sülh prosesinin irəliləməsi səylərini dəstəkləyir”

Estoniya, Azərbaycanın Ermənistanla sülh prosesini irəli aparmaq səylərini dəstəkləyir. Estoniya Xarici İşlər naziri Margus Tsahkna bildirib ki, Tallin Cənubi Qafqazda sülh və sabit əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri qətiyyətlə dəstəkləyir.

O, bu ilin avqustunda Vaşinqtonda imzalanmış birgə bəyannaməni müsbət təkan adlandırıb və bunun tərəflərin münasibətlərin tənzimləməsinə sadiq olduğunu göstərdiyini əlavə edib.

Nazirin sözlərinə görə, Estoniya AB çərçivəsində regionda infrastrukturun inkişafına və etimadın artırılmasına, o cümlədən TRIPP layihəsinə yönəlmiş layihələri dəstəkləməyə davam edəcək.

Daha çox göstər
Back to top button