
Bizim iqtisadiyyatımızın strukturunda fundamental dəyişikliklər baş verir. Məmnuniyyətlə qeyd etməliyik ki, Ermənistan addım-addım blokadanı aradan qaldırır.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Hökumətin iclasında bəyan edib.
“O artıq iki gündür ki, müzakirə olunur — Azərbaycan Ermənistana ixrac məhdudiyyətlərinin ləğv edildiyini elan edib və mən beynəlxalq platformada — Tbilisidə keçirilən ”İpək Yolu” konfransında Azərbaycanın Prezidentinin bu qərarına görə öz minnətdarlığımı bildirdim.
Eyni fikri burada da səsləndirmək istəyirəm, çünki bu, çox mühüm qərardır və göstərir ki, Vaşinqton Bəyannaməsi və əldə edilmiş razılaşmalar bəzi yerlərdə təqdim edildiyi kimi sadəcə bir deklarasiya deyil. Onlar bir deklarasiyadır ki, konkret nəticələr doğurub”.







