BaşlıcaSiyasət

Ermənistanda 2018-2025-ci illərdə müdafiə sahəsində xərclər artıb: Papikyan növbəti il büdcənin azalmasının səbəbini izah edib

Müdafiə naziri Süren Papikyan hökumətin müdafiə büdcəsini azaltdığına görə ünvanlanan ittihamlara cavab verib.

Alınan məlumatına görə, Papikyan “Telegram”dakı kanalında 2018-2026-cı illər üçün müdafiə xərclərinin statistikasını əks etdirən qrafik yayıb.

Qrafikdə göstərilib ki, 2018-ci ildən bəri müdafiə xərcləri 2025-ci ilə qədər tədricən artıb, lakin növbəti il üçün bir qədər azalma nəzərdə tutulub.

“2023, 2024 və 2025-ci illərdə büdcə artımı olub, bu da o deməkdir ki, biz gələcək xərclərimizi və planlaşdırılmış xərclərimizi yaxınlaşdırıb, sürətləndirmişik.

Bu, 2025 və 2026-cı illər arasındakı fərqdə daha aydın görünür. Yəni, ölkəmizin qarşılaşdığı çağırışları nəzərə alaraq, 2026-cı il üçün nəzərdə tutulan xərcləri 2025-ci ilə çəkmək qərarına gəldik, çünki silah alımları sadə proses deyil – əvvəlcədən ödəniş etmək və s. lazımdır.

Bu rəqəmlər bunun əksidir. Bu gün bizə büdcəni azaltmaqla ordunu dağıtmaq və ya bu kimi şeylər ittihamı irəli sürmək, yumşaq desək, ədalətsizdir və utancvericidir” — deyə Papikyan qeyd edib.

2018-ci ildə Ermənistanın dövlət büdcəsində müdafiə sahəsinə ayrılan xərclər 245,173 milyard dram, 2019-cu ildə — 307,983 milyard dram, 2020-ci ildə — 308,862 milyard dram, 2021-ci ildə — 313,123 milyard dram, 2022-ci ildə — 346,779 milyard dram, 2023-cü ildə — 519,523 milyard dram, 2024-cü ildə — 556,193 milyard dram, 2025-ci ildə — 667,052 milyard dram olub. 2026-cı il üçün isə xərc 567,513 milyard dram nəzərdə tutulub.

Daha çox göstər
Back to top button