BaşlıcaSiyasət

Əliyev rejimi ölkənin bütün resurslarını ələ keçirdikdən sonra belə rəqibləri ilə sərbəst rəqabətə hazır deyil: Əli Kərimli

Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli bildirib ki, dövlət qurumlarına çoxsaylı müraciətlərə və xahişlərə baxmayaraq, ona iyirmi ildir pasport verilmir.

Kərimli bunu Facebook səhifəsində yazıb və qeyd edib ki, imtinanın səbəblərini öyrənmək üçün şəxsən Daxili İşlər Nazirliyinin Pasport, Qeydiyyat və Miqrasiya Baş İdarəsinə baş çəkib.

“Mənə nəyə görə pasport verilmədiyinin səbəbini izah etmələrini istədim. Bir-birlərilə xeyli zəngləşib məsləhətləşdikdən sonra dedilər ki, rəhbərlik onlayn müşavirədədir. O gündən də artıq bir həftə keçib və heç bir zəng, cavab yoxdur”.

O qeyd edib ki, daha öncə müraciət etdiyi Baş Prokurorluq da heç bir izahat verə bilməmişdi. Çünki vətəndaşa – müxalifət partiyasının sədrinə 20 il ərzində pasport verməkdən imtinanın hər hansı ağlabatan izahı ola da bilməz.

O qeyd edib ki, guya mitinqə tank əleyhinə qumbara ilə getməsi ilə bağlı 1994-cü il ildə ona qarşı başlanmış və saxtalığı elə o vaxt tam ifşa olunmuş cinayət işinin başlanmasından isə artıq 31 il keçir. Ən azı cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar həmin qurama cinayət işinə xitam verilməli idi.

“Beləliklə, yalançını mənzilinədək qovmaq prinspinə uyğun olaraq mənə pasport verilməməsinə aidiyyatı olan bütün dövlət orqanlarına müraciət etdim. ASAN Xidmət izah etdi ki, mənə pasport verilməsinə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi icazə verməyib. DİN və Baş Prokurorluq isə mənə nəyə görə pasport verilmədiyini izah edə bilmədi”.

Daha çox göstər
Back to top button