
Ermənistan yalnız yeni nəsil silah alır. Bu Haqda oktyabrın 24-də İctimai Televiziyaya müsahibəsində Ermənistanın Müdafiə naziri Suren Papikyan bildirib.
Onun sözlərinə görə, silah alımlarının diversifikasiyası (müxtəlifləşdirilməsi) məsələsi artıq həll edilib.
Nazir qeyd edib ki, Ermənistan həmçinin yerli istehsalı inkişaf etdirir və erməni məhsulları Silahlı qüvvələrin arsenalında mühüm yer tutur. Papikyan hərbi istehsalın rəqabət qabiliyyətinin daim yaxşılaşdırılmasının və xarici bazarlara genişlənməyin zəruriliyini vurğulayıb.
Onun sözlərinə görə, 2022-ci ildə erməni müdafiə sənayesi şirkətləri ilə təxminən 5,5 milyard dramlıq müqavilələr imzalanıb, lakin sonradan bu rəqəm 170 milyard dramadək artıb.
Nazir qeyd edib ki, yeni hərbi geyimlər qərb standartlarına uyğun istehsal olunacaq.







