
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradze, Tbilisidə rəsmi səfərləri çərçivəsində Ermənistan və Azərbaycanın təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüş keçirib. Bu haqda “Novosti-Gruziya” məlumatlandırır.
25 və 26 oktyabr tarixlərində keçirilən görüşlərdə regional sabitlik və informasiya mübadiləsinin prioritetliyi vurğulanıb.
25 oktyabrda Mdinaradze Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevi qəbul edib. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və təhlükəsizlik sahəsində gələcək təşəbbüslər, o cümlədən informasiya və təcrübə mübadiləsinin aktivləşdirilməsi müzakirə olunub.
“İki ölkənin təhlükəsizlik xidmətləri arasında əməkdaşlıq Gürcüstan və Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət edir və regionda sülh və sabitliyin təmin edilməsində əhəmiyyətli töhfə verir” – deyərək Gürcüstan DTX-dən bildirilib.
Mdinaradze Nağıyevə səfəri üçün təşəkkür edib. Görüşdə hər iki xidmətin müavinləri və struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Görüşdən sonra nümayəndə heyətləri Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirə abidəsinə və Heydər Əliyevin heykəlinə çiçək qoyublar.
Gürcüstan DTX-in mətbuat xidməti Mdinaradzenin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Andranik Simonyanla görüşü barədə məlumat yayılıb.
Məlumata görə, tərəflər Gürcüstan və Ermənistan arasında dostluq münasibətlərini, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini və regional çağırışları müzakirə ediblər.
Xüsusi diqqət ikitərəfli koordinasiyaya və məlumat mübadiləsinə verilib.
Mdinaradze Gürcüstanın Cənubi Qafqazda sülhün möhkəmləndirilməsində müsbət rolundan danışıb və qonağı səfəri üçün təşəkkür edib.
Müzakirələrdə Gürcüstan və Ermənistanın xüsusi xidmətlərinin müavinləri və struktur bölmələrinin nümayəndələri iştirak ediblər.







