
Verilən xəbərə görə, Ermənistanın İqtisadiyyat naziri Gevork Papoyan Facebook səhifəsində Dünya Bankının 1991-ci ildən 2024-cül ilə qədər Ermənistanda bir adam başına düşən ÜDM göstəricilərinə istinad edərək yazıb ki, 2017-ci ili izləyən 7 il ərzində Ermənistanda bir adam başına düşən ÜDM orta hesabla illik təxminən 662 dollar artıb.
Sonra isə nazir 1997-ci ilin ÜDM göstəricilərini 2007-ci ilin göstəriciləri ilə müqayisə edərək qeyd edib ki, həmin dövrdə ÜDM orta hesabla illik 246 dollar artıb, sonrakı 10 ildə isə illik orta artım təxminən 141 dollar təşkil edib.
2024-cü ildə bir adam başına düşən ÜDM-i (8501 dollar) müqayisə edən Papoyan qeyd edib ki, 2017-ci illə müqayisədə bu göstərici 7 ildə 4632 dollar və ya orta hesabla illik 662 dollar artıb.







