BaşlıcaEkonomika

Ermənistan mənşəli malların ixracatı 6,8% artıb

Ermənistandan ixracat yanvar-avqust aylarında 48,8% azalıb, lakin yalnız Ermənistan mənşəli malların ixracatı 6,8% artıb.

Ermənistanın Maliyyə naziri Vahe Hovhannisyan bu  haqda  Parlamentin daimi komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi layihəsi” nin müzakirəsi zamanı bildirib.

“Yanvar-avqust aylarında malların ixracatı 48,8% azalıb, əsas səbəb qızıl, gümüş və platinin yenidən ixracatının kəskin şəkildə azalmasıdır. Ermənistan mənşəli malların ixracatı isə 6,8% artıb”- deyə  Hovhannisyan qeyd edib.

Eyni dövrdə Ermənistana malların idxalatı da 34,9% azalıb. Nazir bunu da əsasən yenidən ixracatın azalması ilə əlaqələndirib.

Daha çox göstər
Back to top button