
Cənubi Qafqaz məsələləri üzrə İranlı ekspert və analitik Ehsan Mövahhedian bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin ilkin imzalanması İran üçün sevindirici və qaneedici bir hadisədir.
Çünki bu, Qafqaz regionunda təhlükəsizlik və sülhü gücləndirir və iqtisadi-ticarı əməkdaşlığın genişlənməsinə imkan yaradır.
Mövahhedian bu fikirlərini jurnalistə açıqlamasında bildirib və sülh sazişinin bütün regionun gələcəyi üçün əhəmiyyətini vurğulayıb.
Onun fikrincə, bu proses daha effektiv ola bilərdi, əgər İran və ya Ermənistanın digər qonşu ölkələri sülhün vasitəçisi rolunu oynasaydı.
Beynəlxalq münasibətlər üzrə ekspert qeyd edib ki, İran həm Azərbaycanın, həm də Ermənistanın qonşusudur və bu iki ölkə arasında sülhün qurulmasında real marağa malikdir.
Mövahhedian ABŞ-nin niyyətləri ilə bağlı şübhələrini də ifadə edib:
“ABŞ əsasən regionda Rusiya və İranın təsirini azaltmaq istəyir. Donald Tramp sülh sənədini tərəf kimi deyil, yalnız şahid kimi imzalayıb.
Bununla belə, müsbət cəhət odur ki, Vaşinqton sənədlərində Ermənistanın ərazi bütövlüyünə və qorunmasına xüsusi vurğu edilib”.
Ekspert qeyd edib ki, İranda bəzi mütəxəssislər ABŞ şirkətlərinin İran sərhədlərinə yaxınlaşmasından narahatdırlar. Çünki bu, ABŞ-nin təhlükəsizlik mövcudluğuna və İran vətəndaşları ilə mal dövriyyəsinin pozulmasına səbəb ola bilər.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və ABŞ prezidenti Donald Tramp 8 avqustda Vaşinqtonda birgə bəyannamə imzalayıblar.
Sazişin imzalanmasından əvvəl Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri sülh müqaviləsini ilkin imzalayıb, həmçinin birgə məktubla ATƏT-ə müraciət edərək Minsk qrupunun buraxılmasını təklif ediblər. Həmin gün Ermənistan ABŞ ilə də ikitərəfli əməkdaşlıq memorandumu imzalayıb.







