
Ermənistan və Türkiyə arasında baş tutan dialoq intensiv formada davam edir və yaxın gələcəkdə əhəmiyyətli nəticələr olacaq. bu Bu barədə Parlamentdə “Ermənistan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Xarici İşlər naziri Ararat Mirzoyan bəyan edib.
“Türkiyə ilə çox intensiv dialoqumuz var. Mən öz mövqeyimi və qiymətləndirməmi də deyə bilərəm: şəxsən bu məqamda çox nikbinəm və hesab edirəm ki, yaxın gələcəkdə Ermənistan-Türkiyə dialoqunda əhəmiyyətli nəticələrə malik olacağıq”- deyə Mirzoyan bildirib.
Yerevan və Ankara 2021-ci ilin dekabrında münasibətlərin tənzimlənməsi üçün aydın addımlar atmağa hazır olduqlarını elan etdilər və qarşılıqlı Ankara Vaşinqtonda qarşılıqlı olaraq Türkiyənin sabiq səfiri Serdar Kılıçı, Ermənistan isə Parlament sədrinin müavini Ruben Rubinyanı xüsusi nümayəndələr təyin etdilər.
Beləliklə, Ermənistan və Türkiyə xüsusi nümayəndələri 6 görüş keçiriblər, sonuncusu Yerevanda olub. Bundan əlavə, Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan və Türkiyənin sabiq Xarici işlər naziri Melut Çavuşoğlu ilə indiki nazir Hakan Fidan bir neçə dəfə görüşüblər.







