BaşlıcaTəhlil

Nazir: “Kacaran tunelinin tikintisi 2026-cı ildə Ermənistanın Cənubunda başlayacaq”

Kacaran tunelinin tikintisi 2026-cı ildə Ermənistanın Cənubunda başlayacaq.

Bu haqda  2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı, 28 oktyabr tarixində parlamentin daimi komissiyalarının birgə iclasında Regional İdarəetmə və İnfrastruktur naziri David Xudatyan bildirib.

“Hal-hazırda tender nəticələrinin yekunlaşdırılması mərhələsindəyik. Tezlikə qalib şirkət elan olunacaq” – deyə Xudatyan bildirib.

Onun sözlərinə görə, gələn il həmçinin Sisyan-Kacaran yolunun müxtəlif hissələrinin və Barquşat tunelinin tikinti işlərinin maliyyələşdirilməsinə da başlanılacaq. Burada tikinti şirkəti ilə danışıqlar hələ də davam edir.

Nazir həmçinin, Diliçan və Puşkin tunellərinin yenidən qurulmasının başa çatdırılmasının da planlaşdırıldığını əlavə edib.

O, həmçinin məlumat verib ki, 2026-cı ildə 60 milyard dram məbləğində kredit vəsaiti hesabına “Şimal-Cənub” nəqliyyat dəhlizinin Aştarak-Talin istiqamətindəki 34 kilometrlik avtomobil yolunun inşasının başa çatdırılması nəzərdə tutulur.

Bundan əlavə, Lancik-Gümrü yolunun 23,2 km uzunluğundakı hissəsinin istifadəyə verilməsi planlaşdırılır. Kacaran-Aqarak yolunun bir hissəsinin tikinti işləri davam edəcək. Söhbət 32 kilometrlik hissədən gedir.

Daha çox göstər
Back to top button