BaşlıcaSiyasət

Avronestin  Parlament Assambleyasının həmsədri: “Ermənistan və Azərbaycan arasındakı tarixi saziş yeni imkanlar yaradıb”

Ermənistan və Azərbaycan arasında ilkin razılaşdırılmış sülh sazişi tarixi nailiyyət kimi qiymətləndirilib. “Ermənistan və Azərbaycan arasında ilkin razılaşdırılmış tarixi saziş yeni imkanlar yaradıb.

Mən irəliləmək və rifah əldə etmək üçün real arzu görürəm. Bu bizə inam verir ki, əlaqələr və tərəfdaşlıq etibarlı şəkildə qurulacaq” – deyə  jurnalistə bildirib.

Laqodinski qeyd etdi ki, Avropa Birliyinin sülh məsələsində mövqeyi aydın və birləşmişdir. “Bizim Avropa mövqeyimizlə bağlı nə qədər yanlış məlumat yayılırsa yayılsın, biz sülh prosesinə bir səslə və sədaqətlə dəstək veririk” – deyə Avronestin  Parlament Assambleyasının həmsədri vurğulayıb.

Avronestin  Parlament Assambleyasının həmsədri həmçinin Ermənistan parlamentinin Avropa Birliyinin  üzvlük prosesini başlatmaq qərarına da toxunub və bunun Ermənistanın Avropa dəyərləri və demokratiya yolunu seçdiyini göstərdiyini bildirib.

Vaşinqtonda tarixi saziş

Ermənistan və Azərbaycan 8 avqust tarixində Vaşinqtonda sülh sazişini ilkin imzalayıblar. Ermənistan tərəfdən sazişi Xarici İşlər naziri Ararat Mirzoyan, Azərbaycan tərəfdən isə Xarici İşlər naziri Ceyhun Bayramov imzalayıb.

Daha çox göstər
Back to top button