
Paris Sülh Forumu çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın Moldova Prezidenti Maya Sandu ilə görüşü baş tutub.
Baş nazir Paşinyan Prezident Sandunu bu yaxınlarda baş tutan prezident seçkilərində qazandığı qələbəyə görə təbrik edərək, Moldova xalqının demokratik inkişaf gündəliyinin irəlilədməsində yeni uğurlar arzuladı.
Prezident Sandu isə öz növbəsində Baş nazir Paşinyanı 8 avqustda Vaşinqtonda əldə edilmiş razılaşmalara və regionda sabit sülhün bərqərar olması istiqamətində Ermənistanın ardıcıl səylərinə görə təbrik etdi.
Həmsöhbətlər Ermənistan-Moldova ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, demokratik islahatların təşviqi və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər beynəlxalq platformalarda qarşılıqlı dəstəyin əhəmiyyətini, həmçinin əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını təsdiq ediblər.
Baş nazir Paşinyan və Prezident Sandu davamlı və konstruktiv dialoqun əhəmiyyətini vurğulayıblar.







