Eurobarometer sorğusu: “Avropalıların 56%-i AB-nin genişlənməsinə dəstək verir”

AB-nin genişlənməsi sürət qazanır: Eurobarometer-in son sorğusu göstərir ki, avropalıların 56%-i bu prosesi dəstəkləyir.
İsveç (79%), Danimarka (75%) və Litva (74%) Avropa ailəsinin genişlənməsinə ən çox dəstək verən ölkələrdir.
Avstriya (45%), Çexiya (43%) və Fransa (43%) isə dəstəyin ən az olduğu ölkələrdir, — bunu Euronews yazır.
Əhali qruplarına görə, gənclər genişlənməyə daha çox dəstək verir: 15-24 yaşlı avropalıların 67%-i və 25-39 yaşlı gənclərin 63%-i genişlənmə tərəfdarıdır.
Ümumilikdə, sorğu göstərdi ki, avropalıların üçdə ikisi yeni dövlətlərin üzvlüyünə razıdır. Eyni zamanda, dəstək əsasən gənclər və təhsilli insanlar arasındadır.
Lakin, genişlənmə həm də narahatlıq doğurur, — deyə Euronews yazıb. Avropalıların 40%-i nəzarətsiz immiqrasiyadan ehtiyat edir, 39%-i korrupsiya və cinayətkarlıq riskini qeyd edir, 37%-i isə yeni ölkələrin üzvlüyünün vergi ödəyicilərinə nə qədər başa gələcəyindən narahatdır.
Bu siyasi prosesin uğurlu olması üçün avropa vətəndaşlarının 44%-i hesab edir ki, genişlənmə hüququn aliliyini təmin etmək və korrupsiyaya qarşı mübarizə tədbirləri ilə müşayiət olunmalıdır.
Onlar (38%) həmçinin namizəd ölkələri AB islahatlarının həyata keçirilməsində aydın öhdəliklər götüməyə çağırırlar.
Nəhayət, iştirakçılar namizəd ölkələrin üzvlükdən sonra da Avropa Birliyinin standartlarını tətbiq etmələrini təmin etmək üçün üzvlük şərtlərinin sərtləşdirilməsini təklif ediblər.
AB-yə üzv 27 dövlətin rəhbərləri noyabrın 4-də Brüsseldə keçiriləcək xüsusi zirvə görüşündə yeni üzvlərin qəbulu prosesinin detallarını müzakirə edəcəklər.







