BaşlıcaSiyasət

44 günlük müharibədə itkin düşmüş mülki şəxslərin ailələri əlavə 2 ay sosial dəstək alacaqlar

Azərbaycan Respublikasının 2020-ci il sentyabrın 27-dən başlayaraq Qarabağ istiqamətində apardığı hərbi əməliyyatlar nəticəsində mülki şəxslər arasında itkin düşmüşlərin ailələrinə sosial dəstəyin verilməsi proqramı 2 ay uzadılacaq.

Ermənistan hökumətinin oktyabrın 30-da keçirilən iclasında belə qərar, mərüzə edilməyən məsələlərin paketində qəbul edilib.

Hökumətin 2020-ci il dekabrın 3-də N 1924-L qərarı ilə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Qarabağ istiqamətində apardığı hərbi əməliyyatlar nəticəsində mülki şəxslər arasında itkin düşmüşlərin ailələrinə sosial dəstəyin tədbiri və verilməsi qaydası təsdiq edilib.

Qərarla təyin edilmiş tədbir çərçivəsində mülki şəxslər arasında itkin düşmüşlərin ailələrinə verilən maddi yardım (mülki şəxs üzrə aylıq 300 000 dram məbləğində) almaq üçün ərizə elektron qaydada 2025-ci il sentyabrın 20-dək təqdim edilməli idi.

Lakin, bu günə qədər mülki şəxslər arasında itkin düşənlər var ki, onların ailələrinin davamlı dəstəyə ehtiyacı mövcuddur. Mövcud problemlərə həll tapmaq məqsədilə həmin qərarla itkin düşənin ailələri əlavə 2 ay (2025-ci ilin oktyabr və noyabr ayları) sosial dəstək alacaqlar — aylıq 300.000 dram məbləğində, bunun üçün ərizələr 2025-ci il noyabrın 20-dək təqdim edilə bilər.

Daha çox göstər
Back to top button