BaşlıcaSiyasət

Sandu:  “Rusiya Ermənistanda hakimiyyəti nəzarətə almağa çalışacaq”

Moldova Prezidenti Maya Sandu bildirib ki, Rusiya son seçkilərdən sonra regiondakı strategiyasını yenidən nəzərdən keçirir və Moldova Respublikası da daxil olmaqla müxtəlif ölkələrin siyasi proseslərinə müdaxiləni davam etdirəcək.

“Rusiya Federasiyası hələ də strategiyasını dəqiqləşdirir. Onlar belə nəticələr gözləmirdilər və indi proqramlarını yenidən nəzərdən keçirməyə çalışırlar.

Onlar seçkilərin keçirildiyi digər ölkələrə diqqət yetirəcəklər. Məsələn, gələn il Ermənistanda seçkilər olacaq və onlar hakimiyyəti nəzarətə almağa çalışacaqlar” – deyə Sandu Rumıniyanın “Rock FM” radio kanalına müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, regionun bütün ölkələri, xüsusilə Ukraynanın qonşuları, Rusiyanın təbliğatı və dezinformasiya hədəfinə çevrilib.

“Kreml bütün ölkələri Ukraynadakı Rusiyanın hərəkətlərinə qarşı ən azı xoşməramlı və ya neytral etməyə çalışırdı. Təəssüf ki, onlar bizim bəzi vətəndaşlarımız, həmçinin Rumıniya vətəndaşları ilə manipulyasiya etməyə müvəffəq oldular” – deyə Sandu əlavə edib və qeyd edib ki, Moldova informasiya hücumları və dezinformasiya kampaniyaları, o cümlədən diaspor vasitəsilə bunun təsirini birbaşa hiss edib.

Mətn  factor.am-ə  məxsusdur.

Daha çox göstər
Back to top button