
Ermənistan, Almaniyanın “İdxalı Təşviq Bürosu” (Import Promotion Desk – IPD) platformasına qoşulub, burada erməni ixracatçıları Almaniyanın ən böyük idxalçıları ilə görüş imkanı əldə edəcəklər.
Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyanın Almaniyadan çəkdiyi video ilə jurnalistə məlumat verdiyi bildirilir.
Ermənistan Almaniyanın İdxalı Təşviq Bürosu (IPD) platformasına qoşuldu, burada bizim ixracatçılarımız Almaniyanın ən böyük idxalçıları ilə görüş imkanı əldə edirlər.
Bu, bizim ixracatçılarımıza Almaniya bazarında daha aslıqla yer almağa və Almaniyaya daha asanlıqla məhsul ixrac etməyə imkan verir”- deyə Papoyan bildirib
Ermənistanın Almaniyanın “İdxalı Təşviq Bürosu” (IPD) təşəbbüsünə daxil edilməsi qərarı, Ermənistan-Almaniya hökumətlərarası qarışıq komissiyaların birgə iclasında qəbul edilib.
Papoyan vurğulayıb ki, bu, erməni biznes adamlarına ixracın coğrafiyasını genişləndirmək, Almaniya bazarında öz mövcudluqlarını təmin etmək və erməni məhsullarının tanınmasını artırmaq imkanı verəcək.
IPD təşəbbüsü körpü rolunu oynayaraq, tərəfdaş ölkələrin müəssisələrini Almaniyanın və Avropa Birliyinin etibarlı idxalçıları ilə birləşdirir.
Proqram texniki dəstək, bazarə çıxış dəstəyi və ixrac qabiliyyətinin inkişafı üzrə hədəflənmiş proqramlar təmin edir.







