BaşlıcaSiyasət

Azərbaycanlı ekspert Cənubi Qafqaz ölkələrinə regional fəlakətlərə birgə cavab vermək mexanizmi yaratmağı təklif edib

Yerevan davam edən “Orbeli Forumu: Sülh və çoxşaxəli əməkdaşlıq qurmaq” başlıqlı beynəlxalq iki günlük konfransda iştirakçılar müzakirələr aparır.

Tədbirdə 16 ölkədən, o cümlədən 2-si Azərbaycandan olmaqla 50-yə yaxın ekspert iştirak edir. Alınan məlumata görə, ikinci panel müzakirəsində iştirak edən Azərbaycanlı ekspert, Topçubaşov adına Analitik Mərkəzin rəhbəri Rüfət Hüseynov çıxışında qeyd edib ki, “3+3” kimi regional platformaların mövcudluğu dövlətlər arasında əməkdaşlığı stimullaşdırmaq üçün son dərəcə vacibdir.

“Lakin bəzi səbəblərdən “3+3” formatı tam işləmədi və bu gün də onun gələcəyi naməlumdur. Daha vacib olan Cənubi Qafqazın üç respublikasının uyğun əməkdaşlığıdır.

 Mən regional inteqrasiyanın bəzi layihələri ilə ruhlandım. Bizim üçün Baltikyanı ölkələrin əməkdaşlığı nümunə ola bilər ki, onlar qarşılıqlı əlaqəni qoruyublar.

Əgər bu variant bizdə işləməsə, o zaman Şərqə üz tutub alternativ variantlar axtara bilərik. Müəyyən fikir ayrılıqlarına baxmayaraq, Mərkəzi Asiya ölkələri birgə əməkdaşlıq platforması yarada biliblər və xarici tərəfdaşlarla da fəal işləyirlər” – deyə Hüseynov bildirib.

O, ümid edib ki, Cənubi Qafqaz ölkələri gələcək əməkdaşlıq üçün birgə vizyon formalaşdıra biləcək və üçtərəfli əlaqələrin effektiv mexanizmlərinə malik olacaq.

“Əgər bəziləri hesab edir ki, geosiyasi problemlər bizə mane olacaq, onda biz kiçik, amma sabit addımlarla irəliləyə bilərik.

Yaxınlarda bir iş nəşr etdik ki, orada regional fəlakətlərə birgə cavab vermək mexanizmi yaratmağı təklif etdik. Bu, qarşılıqlı səmərəli əməkdaşlıq platformasına çevrilə bilər” – deyə Azərbaycanlı ekspert vurğulayıb.

Rusiyanın Xarici Əlaqələr Şurasının eksperti Sergey Markedonov isə qeyd edib ki, Cənubi Qafqazda sülh prosesi iki status-kvonun dəyişilməsindən sonra başlayıb.

“Bütün sülh müqavilələrinin müəllifləri var. Azərbaycan-Türkiyə variantı İran və ya Rusiya tərəfinin anlayışlarından fərqlənə bilər, buna görə də regional digər ölkələrin maraqlarını nəzərə almaq lazımdır.

Məhz bu məqsədlə İran “3+3” platformasının yaradılmasını təklif etdi. Sülhü möhkəmləndirmək üçün müxtəlif perspektivlər, ilk növbədə dövlətlərin həyati maraqları müzakirə edilməlidir, sərhəd xətləri çəkmək yox.

Dörd nəfər İsrail-Ərəb münaqişəsinin həllində böyük töhfə verdiyinə görə Sülh üzrə Nobel mükafatı almışdı, lakin münaqişə hələ də həll olunmayıb və yeni qurbanlar almaqda davam edir.

Buna görə də münaqişələrin əsas səbəblərini yerində anlamaq lazımdır” — deyə Markedonov qeyd edib.

Gürcüstanın İctimai Əlaqələr İnstitutunun rəhbəri Tornike Şaraşenidzə qeyd edib ki, təkqütbəli dünya quruluşunun dağılmasından sonra beynəlxalq hadisələr çox sürətlə inkişaf edir, digər nüfuzlu qütblər daha fəal fəaliyyət göstərir, müharibələr gedir və bu da əvvəllər qurulmuş status-kvonu dəyişdirir.

“Çoxsaylı ölkələr bu və ya digər dərəcədə Ukrayna münaqişəsində iştirak edir və bu vəziyyət gələcəkdə ümumi dünya qaydasına öz təsirini göstərəcək.

Cənubi Qafqaz da yaxınlaşan dəyişikliklərə hazır olmalıdır. Cənubi Qafqaz ölkələrinin manevr etmək üçün çox az imkanı var, buna görə də onlar əməkdaşlığı təşviq etməli və çətinliklərə birlikdə qarşı durmalıdırlar.

 Cənubi Qafqaz coğrafi olaraq qlobal inkişaflardan kənarda qala bilməz. Ümid edirik ki, Ermənistan və Azərbaycan arasında mümkün qədər tez sülh bərqərar olacaq və biz regionu nəinki böyük nəqliyyat qovşağına, həm də sabitlik platformasına çevirəcəyik” — deyə Şaraşenidzə bildirib.

İranın Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun baş araşdırmaçısı Həsən Şirzadi də qeyd edib ki, sülh prosesi hazırda embrional mərhələdədir və ona diqqətlə və qayğı ilə yanaşmaq lazımdır.

“Regional əməkdaşlıq sərbəst ticarət zonlarının olmasını, imtiyazlı şərtləri, ümumi bazarı, vahid valyutanı nəzərdə tutur ki, bu da tam inteqrasiyaya gətirib çıxaracaq. Lakin indiki vəziyyətdə bunların hamısı hələ mümkün deyil.

Bununla belə, bunu bir başlanğıc kimi qiymətləndirmək olar. Azərbaycan və Ermənistan arasındakı münaqişə İran üçün ağır oldu, çünki biz hər iki ölkə ilə qonşuluq münasibətlərinə malikik və onlar arasında sülhün bərqərar olmasına maraqlıyıq.

 Bizim sərhədimiz həmişə yaxın qonşular üçün açıq olub. Onlar bu gün də İranın yollarından istifadə edirlər. Biz müharibələrə qarşıyıq, baxmayaraq ki, güc tətbiqi şəraitində yaşayırıq və sanksiyalar altındayıq.

Əgər davamlı və uzunmüddətli sülh istəyiriksə, onda hər kəs bunu istəməlidir. İranın siyasəti bütün qonşularla dostluq və sülh içində yaşamaq prinsipinə əsaslanır və bu siyasəti hazırlayarkən hamının həyati maraqlarını nəzərə alırıq.

Məhz bu məqsədlə “3+3” platformasının yaradılmasına dəstək verdik” — deyə Şirzadi vurğulayıb.

Mətn  factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button