
Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında müqavilə imzalanana qədər, Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş AB Vətəndaş Müşahidə Missiyasının formatında heç bir dəyişiklik edilməyəcək.
Ermənistanın Baş naziri Nikol Paşinyan bunu “Orbeli Forum: Sülh və Çoxtərəfli Əməkdaşlıq Qurmaq” başlıqlı beynəlxalq konfrans zamanı bildirdi.
“Müqavilənin imzalanması və təsdiq edilməsindən sonra müəyyən format dəyişiklikləri ola bilər və olacaq, bu barədə AB-nin tərəfdaşlarımızla müzakirələrimiz olub və müvafiq vaxtda daha praktik müzakirələr aparacağıq”- deə Paşinyan qeyd edib.
AB Vətəndaş Müşahidə Missiyası Ermənistanda öz fəaliyyətinə 2023-cü ilin fevralından başlayıb. 2025-ci ilin yanvarında AB Şurası Ermənistandakı AB Müşahidə Missiyasının mandatını 2 il uzatmaq qərarı qəbul edib.
Ermənistan və Azərbaycan arasındakı sülh müqaviləsində elə bir bənd var ki, ona görə hər iki ölkə bir-biri ilə olan dövlət sərhədində üçüncü ölkələrin qüvvələrini yerləşdirməyəcək.
İki ölkə 8 avqustda Vaşinqtonda sülh müqaviləsini əvvəlcədən imzalayıblar. Müqaviləni imzalamaq üçün Azərbaycan Ermənistanın Konstitusiyasını dəyişdirmək məsələsini şərt kimi irəli sürməyə davam edir.
Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan yaxınlarda bildirib ki, Azərbaycanın bu şərti erməni tərəfi üçün qəbuledilməzdir.







