BaşlıcaSiyasət

Politoloq: “Cənubi Qafqaz regionu bir region kimi mövcud deyil”

Cənubi Qafqaz regionu bir region kimi mövcud deyil, çünki ölkələr arasında sərhədlər bağlıdır. Bu barədə noyabrın 4-də “Orbeli – 2025” beynəlxalq konfransında politoloq Aleksandr İskandaryan bildirib.

Onun sözlərinə görə, ABŞ baxış bucağından Cənubi Qafqazı region adlandırmaq mümkündür, lakin yerli sakinlər üçün bu bir region deyil.

O, izah edib ki, regionun imkanları barədə danışmaq üçün əvvəlcə onu yaratmaq lazımdır ki, həmin ölkələrin vətəndaşları vasitəçilər olmadan qarşılıqlı əməkdaşlıq edə bilsinlər.

İskandaryan xatırladıb  xüsusilə 44 günlük müharibə, Ukraynada müharibənin başlanması və Dağlıq Qarabağda ermənilərin zorla köçürülməsi səbəbindən Cənubi Qafqazda vəziyyət 5 il ərzində dəyişib

Daha çox göstər
Back to top button