BaşlıcaSiyasət

Azərbaycan və Gürcüstan ərazisindən keçən Rusiya buğdası ilə yüklənmiş qatar Ermənistandadır

Rusiya buğdası ilə yüklənmiş qatar (15 vaqon) Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb.

Ermənistan hökumətinin məlumatına görə, Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması Azərbaycanın regional əlaqələrin bərpası və iqtisadi əməkdaşlığın təşviqi istiqamətində atdığı mühüm addımdır.

Bu, Vaşinqtonda əldə edilən razılaşmaların praktiki tətbiqlərindən biridir və Ermənistanla Azərbaycan arasında bərqərar olan sülhün institusionallaşmasına töhfə verir.

Bu təşəbbüs qarşılıqlı etimadın gücləndirilməsi və sülh gündəliyinin təşviqi kontekstində də xüsusilə vacibdir.

Daha çox göstər
Back to top button