BaşlıcaSiyasət

Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlər müzakirə edilib

5 noyabrda MDB üzvü ölkələrin Təhlükəsizlik Şurası katiblərinin 13-cü görüşü çərçivəsində Ermənistanın Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan Rusiyanın Təhlükəsizlik Şurası katibi Sergey Şoyqu ilə görüşüb.

Görüşdə tərəflər Ermənistan və Rusiya arasında mövcud ikitərəfli münasibətlərin gündəliyini müzakirə ediblər.

Cənubi Qafqazın təhlükəsizlik vəziyyəti, həmçinin nəqliyyat dəhlizlərinin blokadasının aradan qaldırılmasından yaranan yeni iqtisadi imkanların həyata keçirilməsi məsələlərinə də toxunulub.

Daha çox göstər
Back to top button