BaşlıcaSiyasət

Paşinyan Ermənistanın Azərbaycan və Türkiyə arasında yüklərin Ermənistan ərazisindən tranzitini təmin etməyə hazır olduğunu bir daha təsdiqlədi

Ermənistan bu gündən etibarən Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana yüklərin Marqara-Kornidzor marşrutu ilə tranzitini təmin etməyə hazırdır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən bir daha təsdiqlənib.

Baş nazir xatırladıb ki, bu gün ilk taxıl partiyası Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə Ermənistana daxil olub. Baş nazir bunu mühüm və tarixi hadisə kimi qiymətləndirib. İndi isə Qazaxıstandan yenidən Azərbaycan ərazisindən keçməklə yeni buğda partiyası gözlənilir.

“Bu, Vaşinqtonda əldə edilmiş razılaşmaların və Vaşinqton Bəyannaməsinin bəndlərinin həyata keçirilməsi baxımından da mühüm bir mərhələdir. Bir daha Ermənistanın bu gündən etibarən Marqaradan Kornidzora marşrutu ilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana yük daşınmasını təmin etməyə hazır olduğunu təsdiqləyirəm. Yarım saat ərzində Kornidzor və ya Marqara tərəfdən bir yük maşını keçid məntəqəsinə yaxınlaşarsa, biz keçid məntəqəsinə xidmət göstərməyə hazırıq”, – deyə Paşinyan bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırdığını açıqlamışdı.

Noyabrın 6-sı gecəsi Rusiya tərəfindən Azərbaycan vasitəsilə göndərilən təxminən 1000 ton buğda partiyası Ermənistana çatdı. Rusiya artıq yaxın gələcəkdə Azərbaycan vasitəsilə Ermənistana daha 132 vaqon buğda ixrac edəcəyini açıqlayıb.

Daha çox göstər
Back to top button